• dolar dolar 3.4500
  • euro euro 3.6607
Whatsapp
Eklenecektir.Vatsap Bildirme
  • 11-10-2016 22:20

Azərbaycan'ın turizm potensialı Lixtenşteyndə təşviq ediləcək

Azərbaycan'ın turizm potensialı Lixtenşteyndə təşviq ediləcək

Azərbaycan'ın turizm potensialı Lixtenşteyndə təşviq ediləcək.

Xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteynə rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər, təhsil və mədəniyyət naziri Aurelia Frik ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, A.Frik nazir E.Məmmədyarovun Lixtenşteynə ilk rəsmi səfərinin ölkələrimiz arasında siyasi dialoqun inkişafına və ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

E.Məmmədyarov Azərbaycanın Lixtenşteynlə münasibətlərin genişləndirilməsində maraqlı olduğunu qeyd edərək, ölkələrimiz arasında iqtisadi, humanitar və mədəni əlaqələrin inkişafı üçün əlverişli imkanların mövcud olduğunu bildirib. Bu xüsusda, Lixtenşteyndə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi, ölkəmizin turizm potensialının bu ölkədə təşviq edilməsi ilə bağlı razılıq əldə olunub.

E.Məmmədyarov Azərbaycanda aparılan köklü iqtisadi islahatlara dair məlumat verərək, Lixtenşteyn şirkətlərini Azərbaycanda daha fəal olmağa və ölkəmizdə xarici sərmayə üçün yaradılmış cəlbedici imkanlardan faydalanmağa çağırıb.

O, Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı həmkarına ətraflı məlumat verib və münaqişənin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini diqqətə çatdırıb.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi kimi məsələləri də müzakirə etdilər və beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Görüş əsnasında E.Məmmədyarov Azərbaycanın İsveçrə və Avropa İttifaqı ilə viza sadələşdirilməsi və readmissiya haqqında sazişləri imzalamasına dair notanı həmkarına təqdim edib. A.Frik öz növbəsində Avropa İttifaqı ilə viza sadələşdirilməsi və readmissiya haqqında imzalanmış sazişin müddəalarının Lixtenşeyn tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq ediləcəyini ehtiva edən notanı təqdim edib.



Etiketler: Azerbaycan
HABERE YORUM YAZIN
Habere Ait Yorum Bulunmamaktadır....

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

ÇOK OKUNANLAR