Batin fəlsəfəsində Mardukla Tiamatın mübarizəsinin elmi izahı


Batin fəlsəfəsində Mardukla Tiamatın mübarizəsinin elmi izahı

Müasir dövrümüzdə elm və texnikanın böyük sürətlə inkişafına baxmayaraq, qədim mətnlər, rəmzlər və s. bütün yazılı və şifahi ədəbiyyat insanlar üçün dərkolunmaz qalmışdır. Faktiki olaraq insanlar milyonlarla mənbələr içində kor kimi gəzirlər. Araşdırmalar nəticəsində ortaya çıxan izah olunmaz suallar, onsuz da dərk olunmayan yazıları bir az da anlaşılmaz edir. Bütün bunların isə bir izahı var ki, bu da bizim bu günkü məntiqimizin qədim müdriklərin məntiqi ilə uyğun gəlməməsidir. Deməli, biz qədim yazılara bu günkü məntiqlə yox, müdriklərin öz məntiqi ilə nəzər salmalıyıq. Yalnız onların "əlifbasını" öyrəndikdən sonra biz yazıların əsl mənalarını dərk edə bilərik.

Qədim müdriklərin məntiqini, yəni əlifbasını anlamaq üçün ilk mənbələr diqqətlə araşdırılmalıdır. Əsas mənbə kimi biz Tövrata müraciət edəcəyik. Çünki yəhudi mətnlərinə görə, Allah "dünya"nı yaradanda bu kitaba "baxıb" yaradırmış.

Yalnız samitlərlə yazılmış Tövratda ilk insanların vahid dili - "səfa əhəd" (SF HD) kimi qeyd olunur. Burada "səfa" kimi oxunmuş rəmz əslində sufi kimi, yəni sofia müdriklərinin sufi elmi kimi qəbul olunmalıdır. Məşhur Kumık alimi Murad Acı, yalnız samitlərlə və bir sözlə yazılan mətnləri qədim Türk dilinin məntiqi hesab edir. Başqa sözlə, Tövratın dili - sufi türklərinin rəmzlər dilidir. Aramey dili kimi tanıdığımız bu dil həm də tarqum adlanır ki, bu rəmz bizə "tərcümə" kimi gəlib çatmışdır. Bu söz yəhudilərdə rəmzlər dili anlamında, əlavə şərhə ehtiyacı olan dil mənasındadır. Yəhudilər bu müqəddəs rəmzləri - "Ktuv Aşuri", yəni Asar/Azəri kitabı, yazıları adlandırdılar. Bu isə o deməkdir ki, Tövrat - Azəri sufi türklərinin kitabı, yazılardır. Sufi məntiqində Tövrat, yəni Torah (TRX) rəmzi - "Türkün getdiyi Tərikə (TRK) yolu" deməkdir.

Sufilərdə samit hərflər dili Hürufilik adlanır və onun banisi də Fəzlullah Nəimi hesab olunur. Hürufilik sufi doktrinası, Gelat (Qulat/Xelat) ifrat Ismaili şiələrinin batin fəlsəfəsinə daxildir. Bu rəmzlər dilini İmadəddin Nəsimi "Quş dili" adlandırır ki, Quranda bu dil - Allahın Süleyman peyğəmbərə verdiyi ən ali elm kimi təqdim edilir. Bu isə o deməkdir ki, Süleyman peyğəmbərin "Quş dili" - Gelat/Xelat Azərbaycan Atabəglər Ailəsinin ismaili batini bəglərinə verilmiş elmdir. Ərəblər bu şad (sad) bəgləri - seyid adlandırdılar ki, ən qədim mənbələrdə bu Sadat seyidləri amorey-suti, yəni Midiya seyidləri mənasını verirdi. Seyid-bəglərin ad, soyadlarındakı "mir" rəmzi də onların Midiya marlarının nəsli olması deməkdir. Buradan çıxan nəticə odur ki, Tövrat - bizim pir, bəg, seyid, vəli və s. kimi tanıdığımız Midiya müqəddəslərinin kitabıdır və sufi-batin məntiqi ilə yazılmışdır. Əl Qəzalı irsini araşdıran məşhur ingilis şərqşünası R. Nikolson bu sufilər haqda yazır: «Vəli, yəni müqəddəs - Kamil İnsanın (Adəmin) kütləvi tipidir və bilmək lazımdır ki, Məhəmməd peyğəmbərin müqəddəsləri kultu, peyğəmbərlər kultu kimi «birdən görmə», «görülməyən və başa düşülməyən şeyləri görmə», «hər şeyin aydınlaşması» və s.-dən başqa bir şey deyildir» (Абу Хамид Аль-Газали, «Воскрешение наук о вере», М, 1980; səh.276, 284). Deməli, sufi-batin məntiqi - seyid-bəglərin ekstatik (qam-şaman) durumu ilə, yəni birdən görmə, birdən dərk etmə, aydınlanma və s. halı ilə bağlıdır. Belə çıxır ki, qədim müdriklərin Aşuri/Azəri məntiqi və elmi - bəg ərənlərin aydınlanması, nurlanması, birdən "görməsi" ilə bağlıdır və biz də bəglərin bu sufi-batin məntiqi ilə qədim mənbələrə elmi izah verəcəyik.

Qədim müdriklərə görə Allah iki növ insan yaratmışdır ki, bu da göy və yer insanlarıdır. Göy insanları dedikdə - ölümsüz Türk bəg-ərənləri nəsli, yer insanı dedikdə isə, məhz onların yaratdığı adi insanlar nəzərdə tutulur (Məqalə: "Allah – Türkleri, onlar ise insanı yarattılar, sayt: https://gilarbeg.wordpress.com/2013/03/25/allah-turkleri-onlar-ise-insani-yarattilar/). Sufi-batin məntiqinə görə, bu dünyada yazıya alınmağa layiq yalnız Allah və Onun Özünə qulluq üçün seçdiyi Xəzər (Azəri) Türk bəgləridir. Adi insanları heyvani qüvvələr idarə etdiyi üçün, onlar yazılarda qeyd olunmağa layiq görülmürlər. Başqa sözlə, müdriklərin məntiqinə görə bütün qədim yazılar rəmzlərlə yazılmışdır və göy türklərinə aiddir. Adi insanların isə mənbələrdə yazılanlara aidiyyatı yoxdur. Şifahi və yazılı abidələrdəki hər şey Allah və onun Öz seçilmişləri ilə birgə yaratdıqlarının rəmzlərlə ifadəsidir. Allah dedikdə isə sufi-batinilər - əvvəldə gələn Ra-Amon Allahı və axırda gələcək Mehdini nəzərdə tuturlar. Başqa sözlə, bütün qədim ədəbiyyatlarda söhbət, Midiyanın Gel elinin şad bəgi olan firon Amonun (pir Əman) bu Xelat/Xaldeya elində yaratdığı Babil qülləsindən gedir. Biz, "Göydə cənnət yaratmış Azəri bəgləri - Şəddadilər" adlı məqaləmizdə bu haqda geniş məlumat vermişik (Sayt: https://firudin.blogspot.com/2020/09/goyd-cnnt-yaratms-azri-bglri-sddadilr.html).

Digər tərəfdən, sufi-batini məntiqin adi məntiqdən fərqi - söz "oyunları" və fikrin müxtəlif yollarla ünvanına çatdırma ustalığıdır. Qədim dövrün araşdırıcıları bildirirlər ki, qədim Misir ədəbiyyatında diqqəti cəlb edən fənd - müəlliflərin, müxtəlif süjetli nağılların ümumi bir çərçivəyə salınması məharətidir ki, buna da dünya ədəbiyyatında ilk dəfə məhz Misirdə rast gəlinir. Sonralar bu məntiq demək olar ki bütün dünya xalqlarının yazılarında geniş istifadə olunmağa başladı. Qədim müəlliflər stilistik fəndlərə: təkrara, söz oyununa, eyni səs və ya eyni hecanın təkrarına, “üzvlərin paralelliyinə” də əl atırdılar («Культура древнего Египта», М., 1976, səh.317). Bu o deməkdir ki, qədim mənbələrdə adi insanların tarixi yox, Allahın və onun seçilmişlərinin gördüyü və görəcəyi işlər rəmzləşdirilib. Bütün əsərlərdə, eposlarda və s. yazılarda bir obrazda bir neçə qəhrəmanın, daha doğrusu əvvəldə gələn və axırda gələcək Allahların gördüyü və görəcəyi işlər birləşdirilir. Bu məqalədə biz, mənbələrdə Marduk adlanan Amon Allahın göyləri özünə tabe etməsinin texnologiyası haqqında qısa məlumat verəcəyik. Bu yaradılış, Babil kosmoloji mifi olan "Enuma Eliş" adlı yazıda, Marduk Allahının Tiamata qalib gəlib, "dünya"nı düzəltməsi kimi keçir.

Əvvəla onu qeyd edək ki, batini mənada "Enuma Eliş" (NM LŞ) rəmzi - "Amonun Şu Eli", yəni Amon Allahının ruhlar (Şu/Sia) eli, ruhlar dünyası anlamındadır. Bu rəmz birbaşa mənada "Nə zaman yuxarıda" kimi tərcümə edilir və zamanın başlanğıcında, göylərdə heç nəyin hələ yaranmadığı vaxtları nəzərdə tutur. İlk zamanlar yalnız hər şeyin atası Apsu və hər şeyin anası Tiamat var idi. Batini mənada Apsu rəmzi Apa-İssi, yəni ilkin materiyanın (ana maddə) düşünən hissəsi olan Apa (P və F samit-rəmzi) ali idrakın ruhunu (S, Ş, Z samit-rəmzlər) bildirir. Bunları anlamaq üçün ilkin materiya və onun qanunlarını bilmək lazımdır.

İlkin materiya (İlah, dirilik suyu, İlahi od və s.) elə bir substansiyadır ki, ondan bir şey yaratmaq üçün, "ona" bənzər obyektini "göstərmək" lazımdır. Məsələn: əgər teurq, öləndən sonra ruhunun göydə uça bilmək qabiliyyətinə malik olmasını istəyirsə, ritual zamanı ilkin materiyaya uçan quşu "göstərib" - "mənim ruhum da bu quş kimi yumurtadan çıxmışdır, mənim ürəyim elə bu yumurtadır və ruhum da bu quş kimi uçur" deməlidir. Digər bütün yaradılış da bənzər rituallar və onun söz-fikirlə müşayətilə həyata keçirilməlidir. Yerdə, yəni fiziki məkanda bir şey tikmək üçün qum, sement, su, daş və s. lazımdırsa, göydə bircə ilkin materiya var və insan bu ana maddəni müxtəlif bənzər adlarla adlandırıb, göydə də yerdəkinə bənzər bir şey tikə bilər. Buradakı bənzər obyekti Hermes Trimeqistin dediyi kimi - "Nə ki yerdədir, bənzəri göydədir. Nə ki, göydədir bənzəri yerdədir" məntiqidir. Bütün bu yaradılışda əsas yaradıcı qanun - qomeopatik və kontaqioz maqiyadır.

Özünü ilkin materiyanın ruhu adlandıran firon Amon, onun adından çıxış edir və yaratmağa başlayır. Burada Apsu dedikdə - yerdən çıxan şirin suyun bənzəri kimi qəbul edilmiş ilkin materiyanın təbii vəziyyəti nəzərdə tutulur. Tiamat isə burada duzlu su rəmzində - ölmüş insan və canlıların ruhlarının İlkin materiyaya qayıtması anlamındadır.  Batini mənada şirin su - bütün canlılara həyat verən və sufilərin Hü adlandırdığı ilkin materiyanın təbii vəziyyəti, Tiamat isə yerdə materiallaşmış və sonradan ruh halında yenidən ilkin materiyaya qayıdan mahiyyət nəzərdə tutulur. Tiamat (TM-T) rəmzi batini mənada Atum-Teo, yəni Atum Allahı deməkdir ki, qədim Misirdə bu Allah, firon Amonun göydə yaratdığı kosmik insandır. Başqa sözlə Tiamat - qurban vasitəsi ilə ruhlardan göydə yaradılmış kosmik insanı, Atumu bildirir. Apsu ilə Tiamatın birləşməsindən "dünya"nın yaradılışı başlayır ki, bu da ilkin materiyanın ruhunun (Amonun), ilkin materiyanın qurban ruhları ilə qarışığı mənasındadır. İlkin materiya birbaşa sözə və fikrə tabe olmur. Onu idarə etmək üçün insan, ilkin materiyanın - onun öz əlinin, sözünün və beyninin məhsulu olmasını sübut etməlidir. Bunun üçünsə yeganə yol, qurban ruhlarını ilkin materiya ilə qarışdırmaqdır. Bu məqsədlə keçirilən ritual "Omm" səsi ilə müşayiət olunur. Omm səsi iri və xırda buynuzlu heyvanların səsini bildirir və onların (ruhlarının) rəmzi anlamındadır. Başqa sözlə, əgər ilkin materiyanın təbii yaradılış anı Nun (N-səsi) rəmzidirsə, pir Amonun yaradılış rəmzi Omm səsidir. Firon Amon kəsdiyi qurbanların ruhlarını öz ruhunun "davamı" adlandıraraq, qanın qırmızı rəngini sübhün dan yerinin qızartısı ilə əlaqələndirir. Beləliklə qırmızı göylərin - onun "əlinin, iradəsinin və ağlının" davamı olmasını ilkin matetiyaya "sübut edir". Omm səsi ilə müşayiət olunan məhz bu magik rituallar mifologiyada - əbədi xaosdan dolaşan Mummu adlanır. Bu rituallardan sonra ilkin materiya firon Amonun ağlına və iradəsinə tabe olub, onun təsəvvüründəki formanı alır.

Tövratda Allah hökm verir: "Göylərin altındakı sular bir yerə yığışsın və quru olsun" (Тора, Быт. 1:9). Bu əmrdən sonra qurban ruhları ilə qarışmış ilkin materiya, yerdəki bənzətmə ritualını təqlid edərək firon Amonun göydəki kölgəsinin formasını (Atum) alır. Qədim Misir yazılarına görə Atum Allahı əvvəl özündən Şu və Tefnutu yaradır. Şu burada firon Amonun ruhunu və onun rəmzində ağlını, təsəvvürünü bildirir. Tefnut isə Pta və Nut göyləri deməkdir. Burada Pta (ApaAta) pir Amonun ürəyi və ürəyinə gələn fikrini, təsəvvürünü və bunları sözlə ifadə edən dilini bildirir. Başqa sözlə, Tefnut göyləri və göylərin magik rituallarla Amonun iradəsinə tabe olmasını bildirir. Şu və Tefnutdan, yəni Amonun ruhu, fikri və keçirdiyi ritualdan isə Atum obrazında yeni Nut göyləri və Qeb (Qeyb) ruhlar dünyası yaranır.

Enuma Eliş eposuna görə Apsu və Tiamatdan İlahi varlıqlar olan Lahmu və Lahamu yaranır. Akkad allahlar siyahısında Lahmu yarıinsan-yarıbalıq Kululu adlanır. Sufizmdə Kululu rəmzi Xulul kimi məlumdur və İlahla vəhdəti bildirir ki, bu vəhdət - ittihad mənasında ilkin materiyanın axması, tökülməsi də deməkdir. Çin mənbələrində Kululu/Qolelu rəmzləri Xallux və Karluk rəmzlərinə aid edilir və bu rəmzlər də Xel-İlah (Gel şəhərindəki İlah) və Qor-İlah (Qor Allahının yolu ilə gedənlər) yabqu-bəglərinə aiddir. Balıq rəmzi sufizmdə insan ruhunun ilkin materiyadakı "səyahətini", ilkin göy sularında "üzməsini" bildirir. Lahmu və Lahamu (LHM) rəmzləri batini mənada Elohim (İlham) rəmzləri ilə eyni mənalıdır. Lahamu/Elohim (LH-M) rəmzləri Eloah/İlah ilkin materiyasının Omm magik ritualı ilə vəhdəti deməkdir. Başqa sözlə, Lahmu/Lahamu rəmzləri - firon Amonun ekstatik durumda ruhunun ilkin materiya ilə vəhdəti və ilkin materiyanın Atuma axıb tökülməsini bildirir. Misir mənbələrində bu axıb-tökülmə Atumun daxilindəki Nut göyləri və Qeb torpağının formalaşması anlamındadır. Qeb və Nutdan isə Osiris, İsida, Set və Neftida Allahları yaranır. Qeb və Nutla eyni mənalı Laxmu və Laxamudan isə Anşar və Kişar Allahları yaranır. Anşar (N-ŞR) və Kişar (K-ŞR) rəmzləri Aşar, yəni Asar/Osiris Allahının An və Ki rəmzləri ilə bağlılığı anlamındadır. Sufi-batinilərdə An rəmzi ilkin materiyanın yaratma anını, məqamını və bu məqamda yaradılan Anu (On/No) şəhərini (Gel/Geliopol) və onun Doqquz Oğuz ölkəsi olan Atum Allahını bildirir. Ki rəmzi isə "Hü" mənasında ilkin materiyanı və onun Oq/Aqu mənasında göydəki Oğuz elini və Albaniyanı bildirir. Ki rəmzindən Tiamatın yeni əri mənasında olan Kinqu yaranmışdır ki, bu da Ki-Onqu, yəni Ki-inoki mənasında Oğuz/Albaniyanın müqəddəs atası olan pir Amona işarədir. Lakin Kinqu rəmzi eyni zamanda Kin-Aqu kimi oxunur ki, buradakı Kin rəmzi həm Allahın "Kün!", yəni "Ol!" əmrini və həm də Kinun, yəni Kənan elini bildirir. Qədim Misir mənbələrinə görə Kənan, yəni Xanaan elində, Ruten adlanan “Eyni kökdən olan xalqların Böyük Birliyi” yaranmışdı. Buradakı Ruten rəmzi Allah mənasında Neter və türklərin Tanrı rəmzi ilə eyni mənalıdır. Başqa sözlə, burada söhbət Kinqu/Tiamat mənasında olan və Albaniyanı təşkil edən İç Oğuz və Taş Oğuz bəglərindən gedir ki, məhz onlar Asar/Aşur/Osiris Allahlarıdır (Məqalə: "Tanrı - Azərbaycan Atabəglər Ailəsinin adıdır", sayt: https://firudin.blogspot.com/2021/01/tanr-azrbaycan-atabglr-ailsinin-addr.html).

Bütün bunlar o deməkdir ki, Anşar və Kişar rəmzləri altında, qədim Misirdə yuxarı və aşağı Misir adlanan göydəki və yerdəki Oğuz eli nəzərdə tutulur. Bu Allahlar Azərbaycan Atabəglər Ailəsinin 33 seyid-bəgidir ki, onlar birdən görmə, birdən dərk etmə, aydınlanma, yəni sufizmin “bodi” səviyyəsində buddalara cevrilmişlər (Məqalə: "Расшифровка индуистских, древнеегипетских и др. символов с помощью "языка птиц" царя Соломона", sayt: https://firudin.blogspot.com/2021/03/blog-post_23.html). Buddizmdə bu 33 Allahın ittifaqı - Trayastrimşa, İslamda - “Sadat silsiləsi”, “Aliyə silsiləsi”, “Qızıl silsilə”, ruslarda isə 33 boqatır, yəni bəg-Adər və s. adlanırdı. Bu Azəri seyid-bəgləri, yəni qədim amorey-sutilər (mir-seyidlər) mənbələrdə mar, kutilər də adlanırlar (Məqalə: "Azərbaycan Atabəglər Ailəsi və Onun 32 müqəddəs xalqı", sayt: https://firudin.blogspot.com/2021/01/azrbaycan-atabglr-ailsi-v-onun-32.html). Kutilərin, şahlığı göydən endirilmiş ilk insanlar olmasını və öləndən sonra onların ruhlarının Asar/Osiris Allahlarına çevrilmələrini biz kitab və məqalələrimizdə yazmışıq. Bütün mar-kutilərin Ağası və Atası isə qədim Misirin Ra-Amon (Rəhman) Allahıdır və o mənbələrdə Marduk (Mar-kuti) da adlandırılır. Kuti rəmzi ad-soyadlarımızda Xuda kimi, Marduk isə Mirxuda, Xudamir variantlarda qalmışdır. Kuti rəmzi ilə eyni mənalı Xat rəmz qədim Misir mənbələrində ürəyin yerləşdiyi yeri, "çanta" mənasında həm bədəni və həm də bu bədənin göylərdəki "kölgəsi" olan Atum Allahını (Xuda/Əhəd) bildirirdi. Mar, yəni “MR” rəmzi isə qədim Misirdə piramidadan başqa çox dərin mənalar verirdi. Misirşünaslar “MR” rəmzini - “qalxma yeri”, “fironun göyə qalxması üçün metafizik odlu şar”, “Ba-nın qalxması”, “yaranış yeri və sonsuzluqda dirilmənin baş verdiyi İlkin dağ” və s. rəmzlərlə əlaqələndirirlər. Bütün bunlar Ra-Amon Allahının yaranışı və ərşə hakim olması ilə bağlı rəmzlərdir. “MR” rəmzi ilə bağlı olan və qədim Misirin digər adı sayılan Ta-Meri rəmzi isə - “Mer torpağı”, “sevimli torpaq”, “dirilmə torpağı”, “şumlanmış və qaldırılmış torpaq”, “İlahi kanallar torpağı” və s. kimi mənalandırılır. Başqa sözlə Marduk - göylərdəki Atum Allahı və onun ruhlar dünyası mənalarındadır.

Batini mənada Marduk Allahı iki obrazı, həm əvvəldə gələn Ra-Amon və həm də axırda gələcək Mehdi obrazını birləşdirir. Başqa sözlə, axirətdə də Marduk obrazında gələcək insan, Tiamatla "mübarizəni" təkrarlayacaq.

Tiamat - yeddi "günə", yəni yeddi mərhələyə yaradılmış Atum Allahıdır. Firon Amon, Atum Allahını öz göydəki kölgəsi kimi yaradıldıqdan sonra, onun daxilində ruhlar dünyası yaratmaq və bütün yaradılmışları ona tabe etmək üçün müxtəlif rituallar keçirir. Pir Amonun, yəni Marduk Allahının keçirdiyi bu rituallar mənbələrdə onun Tiamatla mübarizəsi mənasında qeyd olunur. Sufi məntiqində cismdən bir şey yaratmaq, o cismə qalib gəlmək deməkdir. Mardukun da Tiamata qalib gəlməsi, onun Tiamatda iki dünyanı, yəni yerdəki və göydəki dünyaları birləşdirməsi mənasındadır.

Yazılanlara görə, Marduk Allahı Tiamata qalib gələndən sonra, onun bir hissəsini göy okeanı kimi, Allahlar vilayətindən ayırır. Bu okean ondan su axmasın deyə, siyirtmə ilə bağlanmışdır. Dərya sularında Marduk, Etemenanki adlı göy və yerin təməl evini cəhənnəmin sinəsində elə tikir ki, onun başı Göylərə çatır. Burada söhbət Atum (Tiamat) kimi yaradılan kosmik Allahın iki yerə, yəni İç Oğuz və Taş Oğuza bölünməsindən və bu iki elin rəmzi olan Babil qülləsinin tikilməsindən gedir.

Etemenanki (TM-NNK) rəmzi, rəmzlər dilində Atum (Adəm) və Nunki rəmzlərindən ibarətdir ki, buradakı Nunki (NNK) rəmzi bütün qədim ədəbiyyatlarda həm də anunnaki, kinun, kənan, kün, xanan, hunn və s. kimi də keçir. Mesopotamiya, Şumer mətnlərində Nun-Ki rəmzi Eridu (RD) şəhərini bildirir və sufizmdə bu rəmz Adər (DR) kimi də oxunur. Tanınmış alim Devid Rola görə şərqdən, ilkin sonsuzluq sularından qalxmış Od adasından gələn anunnakilər Eridu adlanan və “Qüdrət yeri” (Nunki) mənasında olan ilk məbədi tikdilər. “çarlar siyahısı”nda bildirilir ki, (kutilərin/xudaların) şah hakimiyyət rəmzlərinin göydən yerə endiyi zaman ilk şahlıq məhz Eriduda yaradıldı. Mənbələrdə məhz bu şəhər Babil, yəni Allahın qapısı adlanırdı. Şumerlər onu Nun-Ki, Enki, Etemenanki, Damkin və s. kimi də adlandırırdılar.

Etemenanki, yəni Atum-Nunki rəmzi onu göstərir ki, iki dünyanı, yəni Allahlar vilayəti olan göydəki İç Oğuz elini və yerdəki Taş Oğuz elini birləşdirən "Allahın qapısı" məhz Atum Allahının yaradıldığı Gel elindədir. Bu iki dünyanı isə "siyirtmə" ayırır ki, Allahın bu "qapısı" həm də Misirlilərin Neter/Ruten, Türklərin isə Tanrı adlandırdıqları Xanaan/Kənan, yəni Nunki qüdrət yeridir və bu haqda biz "Türk Tanrısı və Onun ağlasığmaz sirləri" adlı məqaləmizdə məlumat vermişik (Sayt: https://firudin.blogspot.com/2021/02/turk-tanrs-v-onun-aglasgmaz-sirlri.html). Belə çıxır ki, anunankilər elə Oğuz türkləridir və bütün qədim mənbələrdə söhbət Azəri Türk bəglərinin göydə Allah yaradıb, onun daxilində Göytürk ruhlar dünyasını var etməsindən gedir. Müxtəlif mənbələrdə bu dünya - inok/inaq müqəddəs ataların Sünikdə yaratdığı "səhra" kimi, şad-Apıt bəglərinin Türk xaqanlığı kimi, İran dağlarındakı Dilmun cənnəti və s. kimi qeyd olunur. Sünikdəki müqəddəs ataların elmi, buddistlərdə Sankxa (Sünik-Hü) fəlsəfi sistemi məktəbi, şad-Apıt (seyid-Yafət) bəgi - Şatapatxa-Brahmana, onun yaradılış texnologiyası isə Upanişada dini fəlsəfi traktatı kimi məlumdur. Ümumiyyətlə bilmək lazımdır ki, Buddizm - hind mənbələrində bxakti, yəni bəg-kuti (bəg-xuda) adlanan seyid-bəglərin nurlanması, aydınlanması, yəni birdən "görməsi" və hər şeyi dərk etməsinə inamdır. Bu ekstatik durum da pir Əmanın obrazı olan Nəsirəddin Mühəmməd Sökməndən, yəni Sakyamuni/Şakyamunidən başlanır. İnduizm isə pir Əmanın ilkin materiya ilə vəhdətə nail olmasına və onun Atum Allahına inam mənasındadır.

Bütün bunlar haqqında daha geniş məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğumuz Batini-Quran kitabında və çoxsaylı məqalələrimizdə verilmişdir. İnşaallah bir gün "Allahın qapısı" açılacaq və yazdıqlarımız tam sübut olacaq.

          Firudin Gilar Bəg

Yorumlar (0)