24.12.2020, 17:28

ÖZÜNÜ GİZLƏTMƏK VƏ YAXUD  HÜQODAN MAKRONA QALAN MİRAS

ÖZÜNÜ GİZLƏTMƏK VƏ YAXUD 
HÜQODAN MAKRONA QALAN MİRAS

Yazdığı əsərin arxasında gizlənib özünü humanist,bəşəri göstərmək bir başqa şey, olduğu kimi görünmək bir başqa şey!


1-ci Pyotrdan üzübəri əksər rus yazarları milli məsələdə Pyotrun cocuqlarıdır! Yəni, şovinist və imperialist düşüncədə! 

Putin Turgenevin yox, Pyotrun varisidir! Jirinovski də bu varisin saray təlxəyindən başqa bir şey deyil!
Bu dəfə  dünyanın humanist və bəşəri hesab elədiyi  dünya şöhrətli V.Hüqodan danışacam!


Nədən?!


Çünkü türk millətinə nifrət bəsləyən Makron onun türklər haqqindakı nifrətli düşüncələri ilə tərbiyə alb!
Türklərlə heç vaxt alıb-verəcəyi olmayan V.Hüqo görün nə yazır: 


"Bir Türk keçdiyi bir yana, gördüyü bir yerdən geriyə sadəcə yas və xaraba qalır!" 


Məhşur fransız tarixçsi Jan Pol Rox yazdığına görə, ömründə bir dəfə türklərlə qarşılaşmayan, onlardan pislik və əziyyət görməyən  V.Hüqonun  bu nifrəti hardan qaynaqlanır görəsən?!


Tarixçi Jan Pol Rox başqa bir  məhşur əsərində ("Türklərin tarixi, Pasifikdən Ağ dənizə 2000 il" ) yazır:


"Hüqonun nə qədər yalançı və böhtançı olduğunu görmək üçün Anadolunu və türk ellərini gəzmək yetərlidir"!


V.Hüqonun Türklərə olan nifrətinin  çox səbəbi ola bilər!


Ancaq əsl səbəb paxıllıq və həsəddir!


Yorumlar (0)