13.09.2020, 13:55

SAĞLIĞINI YENİLƏ

SAĞLIĞINI YENİLƏ

Dünyanın ən qiymətli enerji qaynağı olan Qara Qızıl diyarı Azərbaycan!
Və bugünə qədər onlarla ölkəyə çıraq yandıran Azərbaycan!


Hər ölkənin sahib olmaq istədiyi bu gözəllliyin – qara qızılın yəni, neftin eyni zamanda mühüm sağlıq vasitəsi olduğunu bilirdinizmi?
Neft - ölkəmizdə , xüsusilə, Naftalan bölgəsində min bir dərdin dərmanı olaraq artıq yüz illərdir istifadə olunmaqdadır..


Dünyanın bir çox ölkəsindən xəstələr “xam neft”dən şəfa tapmaqdadırlar.. Dünyada yalnız Naftalan bölgəsindəki 12 quyuda istehsal olunan müalicəvi neft növü, Sovet İttifaqı dövründən bəri ən çətin müalicə olunan xəstələrin reabilitasiyası üçün də istifadə olunmuşdur.


Demək olar ki, dünyanın hər bir ölkəsindən sağlığın xilaskarı olan – neftlə müalicəyə gələnləri burada görə bilərsiniz..
Qeyd edim ki, bu müalicə metodu ilə, olduqca uyğun qiymətlər ilə sağlığınızı yeniləyə bilərsiniz..
Naxçıvandakı duz mağaraları.. Qala Altı şəfalı suları ilə də onlarca xəstəliyin çarəsidir Azərbaycan!

TƏHLÜKƏSİZLİYİNİN TƏMİNATI..

Bildiyimiz kimi, hər birimiz üçün getdiyimiz ölkədə nə dərəcədə güvəndə olmağımız olduqca önəmli nüansdır. Multikultural dövlət olan Azərbaycan bütün bölgələri ilə, xüsusilə, Şərqin ürəyi olan paytaxtı Bakı da daxil olmaq üzərə dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Ancaq təəssüflər olsun ki, əksər ölkələrdə turistlər baş bəlası sayılan oğurluq, təqib və sairə kimi problemlərlə bir çox hallarda qarşılaşırlar. Lakin Azərbaycanda bunun kimi hallara rastgəlmə ehtimalınız belə yoxdur. Üstəlik, bu cür hallar Azərbaycan dövlətində cinayət halları sırasına daxildir. Təbii ki, Azərbaycan Polisinin yüksək səviyyədə xidmətinə əsaslanaraq belə bir hal ilə qarşılaşmamanıza əsas vermək olar.

MEMARLIQ ƏSƏRLƏRİ İLƏ BİR ÖLKƏDƏ BÜTÜN DÜNYANI KƏŞF ET..

Odlar Diyarı Azərbaycanın hər tərəfinin özünəməxsus əsrarəngiz gözəlliyi var. Xüsusilə, paytaxt Bakını gəzərkən böyük binalarla əhatələnmiş işıqlı küçələri, gecə saatlarında insan oğlunu heyrətə gətirməyə bilməz. Hər biri bir-birindən gözəl estetik dəyərə malik olan binalarda şərqlə qərbin memari dəyərləri sizləri qarşılayır.
Bakıda olduğunuz zaman bir anlığına Paris, Vyana, Madriddə gəzirmiş kimi özünüzü hiss edəcəyiniz mütləqdir. Dövrünün möhtəşəm memarlıq örnəkləri ilə ucaldılan binalar artıq illərdir turistləri özünə heyran qoymaqda davam edir.
XXI əsrdə inşa edilən, öz görkəminə görə möhtəşəm estetikaya malik olan, Azərbaycan dövlətinin banisi, müstəqilliyimizin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin imzasını əks etdirən –
Heydər Əliyev Mədəniyyət mərkəzi - 2013-cü ildə Azərbaycanın paytaxtı Bakıda açılan 101 min kvadratmetrlik bir mədəniyyət mərkəzidir.

Azərbaycan Dövlətinin təşkil etdiyi memarlıq yarışmasında qalib gələn məşhur memar Zaha Hadidin konsept dizaynı; Kiprli türk memar Saffet Kaya Bekiroğlu tərəfindən ətraflı şəkildə dizayn edilmiş bina, DIA Holding adlı bir Azərbaycan-Türk şirkəti tərəfindən 3,5 ilə tikilib. Mərkəzdə konsert salonu, konfrans zalı, kitabxana, muzey və sənət qalereyaları var. Memarlıq əsəri Azərbaycan mifologiyasında Xəzər dənizinin yüksəlişini əks etdirir.

Qeyd edim ki, Heydər Əliyev Mədəniyyət Mərkəzi 5 noyabrda Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8-ci ildönümü münasibətilə təşkil edilən mərasimlə istismara verilib..


Kristal Salon - Cristal Hall - Azərbaycandakı qapalı bir arenadır. Bakının sahilində, Dövlət Bayrağı Meydanı yaxınlığında yerləşən arenanın inşası 2011-ci ilin avqust ayında başlayıb və 2012-ci ilin aprelində başa çatıb - ilk dəfə 57. Eurovision Mahnı Müsabiqəsinə 2012-ci ildə ev sahibliyi edib.
Alov qüllələri - Flame Towers - kompleksi Bakı şəhərində hündürlüyü 90m olan ən hündür binadır. Bakı gecələrində Azərbaycanın Üç rəngli bayrağını və önəmli şüarları dalğalandıran Alov Qüllələri xarici görünüşü etibarı ilə alov dillərini xatırladır .. Məlumat üçün nəzərinizə çatdırım ki, üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Bura yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Skyscrapercity.com (urbanistika haqqında nüfüzlu forum) saytının keçirdiyi sorğuya görə “Alov Qüllələri” işıqlandırılma üzrə dünyada birinci yeri tutur. Üstündə animasyon mənzərə vermək üçün binalar bütövlüklə ekranlarla örtürülüb. Hətta, 2013-cü ildə Avropanın daşınmaz əmlak bazarında ən iri innovasiya layihəsi olan MIPIM 2013 müsabiqəsinin “Ən yaxşı otel və turizm mərkəzi” nominasiyasının qalibi elan edilib. Əslində, binanın tikilişinə 2007-ci ilin oktyabr ayından başlanmışdı və bu işi Azərbaycan -Türk kompaniyası DİA Holding yerinə yetirmiş, binanın inşası 2013-cü ildə başa çatmışdır. Turistlərə Bakını tanıtmaq üçün ən yaxşı simvollardan biri məhz, Alov Qüllələri olmaqla yanaşı.. və daha saymaqla bitirə bilməyəcəyimiz təkrarsız memarlıq abidələri vardır..

ÖZÜNÜ NAĞILLAR ALƏMİNDƏ HİSS ET..

“Gienesin Rekordlar Kitabı”na düşən, dünyanın ilk və yeganə Miniatür Kitab Muzeyi Bakının İçəri şəhərində yerləşir. Muzeydə 66 ölkədən olan ölçüsü 7,5 sm-dən kiçik kitablar sərgilənir..
Əlbəttə ki, həyatınızda ilk dəfə belə kiçik kitablarla qarşılaşacaqsınız. Rəngarəng kiçik uşaq kitablarını görməyə dəyər. Girişin pulsuz olduğu muzeydə hədiyyə bölməsindən miniatür kitablar da ala bilərsiniz.
Miniatür Kitab Muzeyinin gerçək hekayəsini oxuduğunuz zaman sizlər də, örnək vətəndaşlıq nümunəsinə heyran qalacaqsınız. Belə ki, muzeyin tarixi Azərbaycanın məşhur rəssamı Tahir Salahovun bacısı filoloq Zərifə Salahovanın ziyarət etdiyi hər ölkədən miniatür kitablar toplaması ilə başlayır. Salahova bu məqsədlə, yüksək dərəcədə pul ödəməkdən çəkinməmiş, hətta imkanlarını Azərbaycan Prezidentinin dəstəyi ilə birləşdirən Salahova arzusunu reallaşdıraraq öz kolleksiyasını muzeyə çevirmişdir. Muzeyin ən kiçik kitabı 0,75x0,75 millimetr ölçülü Yaponiyada Toppan Nəşriyyatında çap edilmiş “Dörd Fəsil Çiçəkləri”dir. 22 səhifəlik kitabı yalnız xüsusi mikroskop ilə oxuya bilərsiniz.

KÜLƏKLƏR ŞƏHƏRİNDƏ ƏSRARƏNGİZ ƏSİNTİDƏ QEYB OL..

Demək olar ki, ilin hər mövsümündə Xəzər dənizinin qüdrətli küləkləri Bakının üzərində hiss olunur. Elə Xəzərin sahilində gəzərkən ilin hər fəslində Xəzrinin mehini ciyərlərinizə çəkməniz, Bakının əsrarəngizliyini bir daha gözlər önünə sərir. Hətta Xəzrinin ən alovlu anında Bakının ən yüksək nöqtələrində durmaqda belə çətinlik çəkə bilərsiniz. Belə hallarda, Bakıda İçəri Şəhəri gəzərək onun dalanlarında qeyb olmaq ən gözəli və daha doğrusudur..

DÜNYA MARKALARI İLƏ GÖZƏLLİYİNƏ RƏNG QAT..

Xüsusilə, paytaxt Bakı əsl alış-veriş cənnətidir. Dünyanın ən məşhur markaları Bakı küçələrinə fərqli bir canlılıq bəxş edir. Hər metro stansiyanın yerləşdiyi məntəqədə o metro stansiyanın adına uyğun, rahatlıqla tapa biləcəyiniz Mall-a və burada ən məşhur tekstil, kosmetika və avtomobil markalarına tez-tez rast gələ bilərsiniz. Bakı Port, Dəniz Mall ətraf ölkələrdən alış-veriş həvəskarlarının tez-tez ziyarət etdikləri mağazaların toplandığı ən vacib mərkəzlərdir .. Bölgədəki ən lüks ticarət mərkəzləri dünya nümunələrinə layiq bir zənginlik və rahatlıq bəxş edir.

ODLAR DİYARINDA ÜRƏYİNİ İSİT...

Tarix “Azərbaycan”ı “Odlar diyarı” olaraq gələcək nəsillərə örnək ölkə olaraq çatdıracaq. Boşuna Odlar Diyarı deyilməyib. Bakının Dağüstü parkı - Bakı buxtasına ecazkar mənzərə burdan açılır.. Məhz, bu amil əsas tutularaq, hələ XX əsrin 30. illərində Bakının baş planı hazırlanarkən burada salınacaq Dağüstü parkın paytaxtımızın ümumi kompozisiyasında mühüm əhəmiyyətə malik olacağı nəzərdə tutulmuşdu. Bu park uzun illər paytaxt sakinlərinin, şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından biri olmuşdur. Qeyd edim ki, Paytaxtın Azneft meydanını Dağüstü parkla Funikulyor birləşdirməkdədir...
Qeyd edim ki, Odlar Diyarının Küləklər Şəhəri Bakıya niyə bu adın verildiyini şəhərin ən yüksək məntəqələrindən biri olan Dağüstü Parka çıxarkən və şəhəri burdan izləyərkən tam anlayacaqsınız..
Beləliklə, Allahın bəxş etdiyi bu təbii gözəllik nümunələrini qorumağın özü belə şərtdir.. Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Ali baş komandan Prezident İlham Əliyev və ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasətə əməli dəstək verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün müasir dünyamızda gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir, dövlət quruculuğu prosesi daimi xarakter daşıyır, cəmiyyətimiz inkişaf edir .. Belə ki, Azərbaycan cəmiyyəti indiki dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir və müstəqil Azərbaycanın mövqeləri getdikcə möhkəmlənir!..

ÜLKƏR PİRİYEVA - POLİTOLOQ

Yorumlar (0)