Ermenistan: "Savaş, Karabağ'a sıçrayabilir!"

Ermenistan: "Savaş, Karabağ'a sıçrayabilir!"

Ermenistan Savunma Bakanlığı sözcüsü Artsrun Hovhannisyan:
 

"Savaş, Karabağ'a sıçrayabilir."

Bakan, Karabağ'daki temas hattında gerginliğin artma olasılığının yanı sıra Azerbaycan-Ermenistan sınırındaki düşmanlıkların yeniden başlamasının da uzak bir ihtimal olmadığını söyledi.

Bakan, Karabağ'da kısmen sakin görünen durumun her an değişebileceğini söyledi. Buna göre önlem alacaklarını belirten bakan silahlı güçlerine güvendiklerini belirtti.

***
Azerbeycan Türkçesiyle:

Hərbi fəaliyyətlər istənilən an Qarabağa keçə bilər.

Axar.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan deyib.

O, Qarabağdakı təmas xəttində gərginliyin artması ehtimalının, eləcə Azərbaycan-Ermənistan sərhədində döyüşlərin yenilənməsi ehtimalının istisna edilmədiyini bildirib.

O, situasiyanın istənilən an dəyişə biləcəyini deyib.



23 min 500-dən çox vətəndaş orduya yazıldı - Rəsmi

Savaş için 23.500 gönüllü orduya yazıldı...



Könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətləri davam edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 23 500-dən çox vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin qurumun qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkürünü bildirir və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq, insanların sağlamlıq təhlükəsizliyinə və karantin rejiminin tələblərinə riayət etmək məqsədilə müəyyən olunmuş qaydalara əməl olunması üçün vətəndaşlara öz müraciətlərini qeydiyyatda olduqları idarə, şöbə və ya bölməyə gəlmədən www.seferberlik.gov.az saytından “Könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyat” - https://exidmet.seferberlik.gov.az/Volunteer/Service - elektron xidməti vasitəsilə həyata keçirmələrini tövsiyə edir.

Yorumlar (0)
15°
açık