Azeri diye bir şey yok. Biz oğuz boyu ve Azerbaycan Türk'üyüz!

Yazımız Azerbaycana özel ve Azerbaycan Türkcesinde ve Güney Azerbaycan şivesindedir.

Babək qalası qurultayları…

Qırx bir il öncə 19 yaşlarındaykən (İran tarixi 1356-57 və miladi tarix olaraq 1977-78 lərdə) əsgər muəllim (öyrətmən yurdər) olaraq Babək qalasının çox yaxınlığında yerləşən Kəleybər şəhərinin Ziryan (Zərihan) kəndinə atandım,təyin edildim.
Azərbaycan düşmənləri qarşısında göstərdiyi olağan üstü dirəniş və muqavimətlərindən dolayı ulusal qəhrəmana çevrilmiş Babək qalasının ətəyində və qonşuluğunda yaşayaraq Azərbaycan Türk millətinə xidmət və hizmət vərmək mənə qismət olduğu üçün özümü şanslı görərək çox sevinirdim.
50 evli Ziryan kəndinin oxulunun (Mədrəsəsinin) 5 kilasının təkcə muəllimi və müdürü məniydim,o kənddə çoxlu dəyərli və yararlı öyrənciləri doğru düzgün tərbiyə edərək eyitmək və yetişdirmək mənə nəsib oldu və illər sonra eşiddiklərim və 1974-75 Təbriz (İran parlamenti) 5.ci dövrə Məclis seçgilərində mənə yardım etməyə gələrək yaxından gördüklərimə əsasən öyrəncilərimdən yüksək lisans və mühəndis olduqlarını və hətta doktora oxuduqlarını anladım və dərindən mutlu olaraq qururlandım.

Babək atanın,onun dirəndiyi möhtəşəm qalasının, Ziryan kəndi ve onun maddi açıdan yoxsul ama çox səmimi, sadiq və şərəfli əhalisi və gənəlliklə mühit və ortamın Azərbaycan Türk mədəniyyət və kültürü açısından bikr, sömürülməmiş və Fars şövinistlərinin negativ asimilasyonuna məruz qalmaması mənə olağanüstü ruh və güc verərək məzlum millətimizə xidmət edərək hizmət verməyə təşviq edərək yönləndirirdi.

Bizlərə əsgər müəllim olaraq kənddə və oxulda Fars dilində tədris və danışmaq icbari olmasına rağmən mənim xidmət sürəcimdə küllən və tamamən bu istemar və istismar yasasını saymazdan gələrək ,dərs vermə və ilgi-ilişgi dili gözəl Türkcəmizlə olunurdu.

Oxulda Fars dilindən yalnız və yalnız dərs kitabları üzünün oxunmasında və bəzi yazılı sınavlarda istifadə olunurdu ve bütün dərslərin tozihləri, açıqlamaları və hətta çoxlu sınav və imtahanlarda gözəlim Türkcemizdən yararlanırdıq.

Aylar geçdi və 1978-də İslami devrimin şah pəhləvi rejimini devirməsiylə birlikdə 
mənimdə 2 ilə yaxın əsgər müəllimlik xidmətim sona ərdi və mən ibtidayi müəllimi olaraq doğum yerim məşhur Güney mahalı Şebistər ve Təsuc Çehrəqan bölgəsinə getmək məcburiyyətində qalaraq,Ziryandan ve Babək Atann dirəniş qalasından müvəqqət olaraq ayrıldıq.
Təbii ki bu ayrılıq geçici olaraq fiziksəl bir ayrılığıydı və atanın və qalasının ruhumuzda və qəlbimizdə buraxdığı dərin mənəvi etgi və təsir daimi və əbədiydi…
İllər ginə geçdi və 5ci. dövrə İran parlamenti seçgiləri zamanı gəldi çatdı (1374-75 və miladi tarixi 1995-96), Seçgilər necə oldu ve nəcur bitti ,bunu təkcə siz əzizlər deyil bütün dünya gördü və şahid oldu.
Seçgilərin ilk aşamasında (1374/12/18) rekor və tarixi olaraq 470,000 oy və səs qazanaraq Təbrizdən İran parlamentinə birinci millət vəkili seçilməyimizə rağmən,oyları şiddətlə azaldaraq 42 gün sonrası (1375/1/31) ikinci aşamaya saxladılar. 
Fars şovinist hakimiyyəti tərəfindən haqqımızın göz görə görə və açıqca təzyi olunması və ayaqlar altına alınması mənə və mənə oy vərənlərə böyük bir zərər, ziyan və zərbə sayılmasına rağmən şiddətlə yararlanacağımız bir milli və tarixi fürsət yaratdı və o fürsət bu ki ,2 ay daha yasal olaraq evlərdə,oxullarda,yuniversitələrdə,məscidlərdə, hüseyniyyələrdə,küçə bazarlarda və…məzlum və sömürülmüş millətimizlə görüşmə,söhbət ve təbliğ imkanı doğdu.
Biz bu qızıldanda dəyərli imkandan yararlanaraq seçgilərin birinci və ikinci aşamalarında toplam 500 civarında böyük (‘40 metir’də 50.000 nəfərlik,Təbriz yuniversitəsində 12.000 nəfərlik və Sərdəri,Xosrovşəhr,Ilxıçı şəhərlərində (üçü bir yerdə)30.000 nəfərlik) və başqa orta və kiçik sayılarda çoxlu toplantılarımız və mitinglərimiz oldu və ən azı 500.000 insanımızla üz üzə və göz gözə danışıq və söhbət imkanı əldə etdik.
Beləliklə Azərbaycana və onun Türk millətinə olan zülmləri,haqsızlıqları açıqlayaq və millətimiz Fars rejimi tərəfindən ondan saxlanılmış və gizlədilmiş çoxlu gərçəkləri öyrənərək milli və siyasi açıdan yüksək dərəcədə bilgilənsin.

Rejimin İttilaat(gizli servis) məmurlarının hədə qorxuları və inanılmaz dərəcədə basqılarına və məni istefaya zorlamarına və bu alçaqcasına yöntəmlərindən nəticə almayınca ikinci mərhələnin oy vermə günündə mənim səhər gün doğmadan evimə hücum gətirib tutuqlayaraq və adımı adaylar listəsindən silərək radio TV-lərdə Çehrəqanlı adaylıqdan istefa verərək seçgilərdən çekilmə yalanını,tikrar tikrar yayınlamarına rağmən ,seçgilərin ikinci aşamasının sonunda fars rejiminin heç bəkləmədiyi və amma bizim bəklədiyimiz sonuclar əldə edildi və o bu ki məzlum Türk millətinin sadiq və vəfalı oğlunun oyları şiddətlə artaraq 470.000-lərdən 662.000-lərə yüksəlmişdi (oy raporlarını Azərbaycanımızın fərmandari ve ostandaridə işləyən şərəfli və qeyrətli oğulları ve qızları vermişdilər,bu sayılar ən sonunda əldə etdiyimiz gərçək oy sayılarımızdır).
Bildiyiniz kimi seçgilər və onunla bağlı olaylar və hadisələri açıqlamaya kitablar yazılması gərəkir ve nə yazıq ki seçgi qonusunu bu qıssa yazı və ya məqaləyə sığdırmaq olasılığı mövcud deyildir.Dolayısıyla çalışacağam hızla seçgilər məsələsindən çıxaraq bu yazıda açıqlamasını amacladığımız Babək qalası olayına toxunam.
Qurultaylar üçün Babək qalası nədən seçildi və o qalaya toplu və milli siyası olaraq hərəkət necə başladı?

Fars faşist rejiminin bu seçgi hırsızlığına ve oğurluğuna nə mən və nədə uca millətimiz susmadıq,niyə ki susmaq mümkün deyildi,və sakit qalmamağın nədəni buyudu ki 
millətimizin sandıqlara saldıqları oylar əmanətiydi ve milli namus kimi sayılırdı və onlara dəyər verməmək milli əmanətə xiyanət ve bir tür namussuzluq sayılırdı.

Seçgilər rejim tərəfindən oldu bitti elan ediləndən sonra,mən və bəzi silahdaşlarım fars faşist rejimi tərəfindən gələcək və yaranacaq hər tür tehlikəni gözə alaraq bu milli və tarixi zülmün qarşısında dirənərək muqavimət etməyi seçdik və onun əsas nədənlərindən biri buyudu ki 4 ay sürən seçgilər zamnında 500 civarında yapdığımız mitinglərin etgisində yaranmış və başlamış intibah və oyanış hərəkəti durmamalıydı və buna inanırdıq ki bizim üçün bir millət olaraq asimilə olub yox olmaqdan qurtulmağın tekcə bir yolu qalmışdır və nəyin bahasına olursa olsun o yolda millətimizin içində başlanmış intibah hərəkətini qoruyub saxlayaraq davam etdirməkdi…

Bəli dəyərli arxadaşlarım,biz bəzi boş boğaz və ucuz müddəilər kimi şəxsi mənfəətlərimiz uğruna millətimizə xiyanət edib şərəfsizlik və namussuzluq yaparaq ,Tehranın susmağımız ve onlarla iş birliyimizin qarşılığı olaraq Paranı pulu və çoxlu hərəkətçinin bildiyi kimi hətta perezident Rəfsəncaninin fərhəngi muavinəti postuna satılmadıq.
Bəli dostlar biz yabancılar qucağında deyil,Təbrizdə olarkən və fars faşist rejiminin qanlı pənçələrində əsirkən də (Təbrizdə evdə çəkilmış videolarda gördüyünüz kimi) canımızı ovcumuza alaraq düşmənə meydan oxuduq və dedik ki bu sürəc (Fars rejimi asimilasyon sürəci) durdurulmazsa və davam etdirilirsə ,biz bir millət olaraq və Türk milləti olaraq ölü topluma çevrilərək yox olacağıq və dedik ki alçaqlar və qorxaqlar kimi ya şəxsi varlığımız olan canımızı qoruyacağıq ya da cəsur və şərəfli insanlar kimi özümüzün və ailəməzin can və malını milli varlığımız olan Türk milləti uğrunda fəfa etməliyik; və biz ikincisini seçdik… 
Bəli əzizlər çox zor və çətin olsa da biz,yəni mən və məni heç yalnız buraxmayan can yoldaşım şəhid Əmanilər və minlər mənə tay millətçi hərəkətçi ikinci yolu seçdik,ulu şəhidimiz məndən daha cəsur və şərəfli çıxdı.O ən dəyərli varlığı olan canını vətən və millət yolunda fəda edərək əbədıi olaraq könüllərimizə gömüldü.

Doğrudur,hamı ölür və öləcək,çoxu qara toprağa gömülür və azı qəlblərə və o da qəlblərimizə gömüldü,uca ruhu şad və qutsal millət yolu vəfalı və sadiq yolcularla dolu olsun…. 
Bələliklə oyanış hərəkətimiz qana bələndi və durmadı,durduralamadı,davam edir,sonuca varana dək də davam edəcəkdir və qurtuluş yaxın və kəsindir.

Beləliklə rejim qarşısında etirazlar və dirənişlər başladı,bildiyiniz kimi ilk və ən möhtəşəm etiraz mitingi seçgilərin ikinci aşamasında sandıqlara oy salma və mənim aday olaraq adımın adaylar listəsindən silinməsi günü (1996-da-1375/2/18-) baş verdi.Bu möhtəşəm etiraz mitingində 100 minler insanımız Fərmandari, Ostandari, Danişsəra meydani şumalı Ərteş xiyabanı və Saat qabağında toplanaraq öz etirazlarını rejimin saxtəkarlıqlarına qarşı numayişə qoydular.
Rejim gücləri yüzlər etiraz aksiyası iştirakçısını tutuqlayaraq həbs edərək ağır işkəncələrə məruz qoydu; bu olaydan sonra rejim basqılarını artıraraq hər tür etiraz toplantılarına şiddətlə reaksiya göstərərək mane olurdu. Ağır basqılara rağmən məni yalqız buraxmayan Xəlil abad, Mənbeh, 40 metir,Qumtəpə, Bahar, Hökmavar və Təbrizin başqa bölgələrinin hərəkətçi millətçiləri çeşitli tarixlərdə Rasta küçe ağzında, Pasegah 5 yanında, Abrəsanda yərləşən Bağır xanın yatdığı qəbristan üstündə və başqa yerlərdə oyanış ve dirəniş hərəkətimiz durmasın və ölməsin diyə çox önəmli tarixi piketlər və reaksiyalar geçirdilər.
Etirazlar milli hərəkətə dönüşməsin diyə,yavaş yavaş və get gedə rejim quvvələri Təbrizdə və başqa meskuni məhəllərdə piket və aksiya geçirməyə imkan vərmədilər,bu durumda məndə milli düşüncənin yaranmasına səbəb olan önəmli qonular ,o cümlədən unudulmuş Təbriz içi və özəlliklə Təbriz dışı milli qəhrəmanlar və şəxsiyyətlərimizin qəbir ziyarəti ağlıma gəldi və Təbrizdə yaşadığım evdə millətçilərlə geçirdiyimiz günlük və həftəlik ev toplantılarında sonralar məşhurlaşan bir cümləylə “Qəhrəmanlarını unudan millət yabancılara qul olar” cümləsiylə ziyarətlərə başladıq.
Həp mənimlə olan və məni heç yalqız buraxmayan Rəhmətlik muhəndis Əmani və başqa hərəkətçilərlə ilk öncə rəhmətlik Şəhriyarin qəbrini Məqbərətoşşoərada ,Baqir xanın qəbrini Abrəsan 4 yolunda və sonralar Tehrana gedərək Rəhmətlik Səttar xanın qəbrini Şahəbdüləzimde ziyarət etdik.O zamanlar bir il olurdu ki məni rejimə satılmadığım və olan zulmlərə susmadığım üçün yuniversitədəndə ixrac edərək ev həpsi kimi yaşamağa məcbur etmişdilər.
1997 lərdə ev həpsi kimi yaşarkən şer yazmağa başladım və ilham qaynaqlarımın ən önəmlisi milli məsələlər olduğu üçün,hərəkətçilərin çoxunun oxuduğu və ya tanıdığı “Türk elləri bizim ellər”poemasını (250 dördlük) yazdım və ardıca ata Babekin qalasını ziyarət etmək üçün aynı il hazırlığa başladık.

Qalaya ilk yürüyüş

Qalaya yürüyüş fikrini ilk öncə həp dağlar təkin dayağım olan oğlum və qardaşım rehmetlik şəhid Əmaniylə muzakirə edib tartışaraq onayladıq ve ardıca Təbrizin Xəlil abad ,Mənbeh. Qırx metir,Bahar,hökmavar ve başqa bölgələrindən olan çox sadiq və səmimi dostlarımızla yürüyüş üçün pılan və program hazırlamaya başladıq :

-Yürüyüşümüzün tarixi Babəkin təqribi doğum günü,yəni yay feslinin ilk ayının (Tir ayı)ilk ve ya ikinci həftəsi təyin olundu.

-Qərar alındı ki yürüyüşün gərçəkləşməsi və möhtəşəm olması üçün imkan daxilində Azerbaycanın bütün şəhələrinə xəbər verilsin.

-Qərar alındı ki yolcular toplu olaraq rejimin quvvələri vasitəsilə tutuqlanmasınlar diyə qalaya varan muxtəlif yollardan və məsirlərdən istifadə etsinlər.

-Mən xəlilabad uşaqlarıyla birlikdə (Himməti ,Kərimi və…) onların hazırladıqları Peykan arabasıyla Təbriz Əhər yoluyla qalaya tərəf gedişə başladıq.Nə yazıq ki bizi təqribən 15 kilometir yolculuqdan sonra Təbriz Əhər yolunun üstündə Xoca pasgahında İttilaat quvvələri durduraraq tutuqladılar,məni Təbrizin İttilaat idarəsine götürərək 48 saat tutuqlu qalandan sonra və çoxlu sual sorquya məruz qalaraq ve əl yazımı poema kitabımıda qesb edərək buraxdılar (şükürlər ki poemadan bir kopu alaraq evdə saxlamışdım)…
Biz tutuqlandıq və ata Babəkin dayanış ve dirəniş qalasını ziyarət etməkdən məhrum qaldıq,amma vətənin muxtəlif bölgələrindən bizlərdəndə cesur vı qeyrətli yüzlər yiyidimiz o il qalaərəkatının binasını qoydular,onlara eşq olsun diyəlim.Var olsunlar.

Ve bələliklə millətimizin şərəfli və cəsur evladlarının fədakarlıqları sayəsində Babek Qalası qurultaylarının fondasyonu basılaraq binası qoyuldu…

Bu milli ve tarixi addımın atılmasında bütün emeyi geçən iyidlərə salam olsun.

Bir nəsihətlə jurnalistlərimizə və hərəkət tariximizi yazanlara məqaləyə son qoyuram:

Tarix gərçəklərin hep aynası olmuş və olacaqdır,gəliniz həqiqətləri çarpıtmadan ve təhrif etmədən yazalım,hətta o gərçəyi yaradandan xoşumuz gəlməsə və düşməni olsaq belə…

Son sözüm bu ki Babək atanın Qalasına yürüyüşün qaynağı Milli mucadilə Bayrağımızın və Güney Azərbaycan Milli Hərəkatının qaynağıyla aynıdır və bu gərçəyi kimsə amma kimsə dəyişdirə bilməyəckdir,cəhd edənlətr tərs yataraq özlərini və kariyerlərini yox edərlər…

Gücümüz varsa və qələmimiz yazabilirsə sadiq milli aktivistlərin xidmətlərini təxrib və təhrif etməyə deyil,milli düşmənlərimizi ifşa və xunsa etməyə sərf edəlim.

Yaxın gələcək bizimdir,millətimizindir,uca Türk millətinindir.

Ən içdən sayqı və sevgi dolu salamlarımla

Çağrı Çehrəqanlı

5/8/2018

Aşağıda Türk elləri bizim ellər poemasından bəzi dördlükləri huzurunuza sunmaq istərdim :

Bölük bölük parçalanan
Yabancını qardaş sanan 
Düşmənləri haqqın danan 
Türk elləri bizim ellər

El oğlunun könlü yara
Bilməm mərdlik gedib hara
Ona görə günün qara
Türk elləri bizim ellər

Aynaya bax telin dara
Xəsmin olsun yüzü qara 
Gör gəlmişik hardan hara
Türk elləri bizim ellər

Mərd iyidin dərdə salan
ziyalısın yadlar alan
xoş bir günə həsrət qalan 
Türk elləri bizim ellər

Naziklikdən qəlbi sınar
Dilləri var sanki pınar
Bilməm nədən onu qınar
Türk elləri bizim ellər

Könülləri dolu duman
Hər pisliye gözün yuman 
Yad ellərdən himmət uman 
Türk elləri bizim ellər

Qoca dünya kökdən yalan 
Yoxdur səndə kimsə qalan
Varlıqların oldu talan
Türk elləri bizim ellər

Və özümə xitabən bəzi dördlüklər :

Mahmud oğlum sıxılma sən
Möhkəm dayan yıxılma sən
Yax düşməni yaxılma sən
Türk elləri bizim ellər

Mahmud oğlum naçar qalma
Yürəyinə kədər salma
Bağlarında heyva alma
Türk elləri bizim ellər

Mahmud oğlum yolun uzun
Namərd insan bilməz duzun
Əriyəcək qalın buzun
Türk elləri bizim ellər

Mahmud oğlum işin çətin
Qalmayacaq yağın ətin
Olmalısan sabir metin
Türk elləri bizim ellər

Mahmud oğlum çığır bağır
Qulaqları elin ağır
Düşmən sənin südün sağır
Türk elləri bizim ellər

Mahmud oğlum sən bunu bil
Insalığa təməldir dil
Hər kim dansa insan deyil
Türk elləri bizim ellər

Mahmud oğlum Türkdur soyun
Haqq önündə tükdür boyun
Yirmi dorddur oğuz boyun
Türk elləri bizim ellər

Mahmud oğlum elə çağrı
Könlüm dolu duman ağrı
Çatlayacaq xəsmin bağrı
Türk elləri bizim ellər

Mahmud oğlum haqqa doğru
Haqqı yiyən olar oğru
Oğru olma söylə doğru
Türk elləri bizim ellər

Yorumlar (0)