Batin alimindən iddia: Qədim İran şahları - Qurandakı İsrail oğullarıdır
gaziantep, Helvetica, sans-serif">Batin alimindən iddia: Qədim İran şahları -
Azərbaycanın zəbt edilmiş torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı ikinci Qarabağ müharibəsi, ölkəmizə dost və düşmən ölkələri üzə çıxardı. Bu Vətən müharibəsində bizə Türkiyə, Pakistan, İsrail, Ukrayna kimi ölkələr dəstək verdisə, qardaş hesab etdiyimiz İran qəsbkar Ermənistanın yanında oldu. Əslində İran birinci Qarabağ müharibəsində də Ermənistana hər növ köməklik göstərirdi və bu gizli dəstək son otuz ildə heç kəsilməmiş və əksinə hərtərəfli genişlənmişdi. Bu yaxınlarda, Ermənistanla Azərbaycanın razılaşdığı sərhəd məsələsində İranın bu dəyişikliyi qəbul etməməsini elan etməsi, söhbətin daha dərin səbəblərinin olması anlamına gəlməlidir. İran, əsas səbəb kimi İsrailin Azərbaycanla yaxınlaşmasını və "sərhədlərinin yaxınlığında sionist rejiminin təzahürünə dözülməzliyi" kimi qiymətləndirdi. Maraqlıdır, İran Azərbaycanın İsraillə yaxınlığından niyə qorxur? İranın İsraili "sionist rejim" adlandırıb, onu Fələstinə görə düşmən saymasının səbəbi dini məsələdirmi?

Bildiyimiz kimi Fələstinin əhalisinin əksəriyyəti ərəb, dinləri isə islamın sünni qoludur. İran isə şiə məzhəbinin əsas ölkəsidir. Onun ərəb ölkələri və onların sünni əhaliləri ilə münasibətlərini heç də dost münasibətləri adlandırmaq olmaz. Bəs onda nədən İranın saxta fars şiələri, sünni ərəblərə görə İsraili özünə qatı düşmən sayır? Doğrudanmı bu münasibətlərin kökü İsrail Fələstin münaqişəsidir? Bəlkə bu düşmənçiliyin kökündə bilmədiyimiz Azərbaycanla da bağlı səbəb var? İranın bu siyasətində bir anormallıq, məntiqsizlik göz qabağındadır və bunu təsadüf saymaq olmaz. Bu suallara siyasətçilər və beynəlxalq münasibətlər üzrə ekspertlər müxtəlif cavablar verə bilər. Mən isə qədim yazıların batini mənalarını araşdıran mütəxəssis kimi, bu düşmənçiliyin əsl səbəbini qədim tarixdə və fars yəhudi münasibətlərində axtaracağam.

Mənbələrdən məlumdur ki, indi İran adlanan ölkə əvvəllər Qacariyyə, yəni Azəri Türk şahları olan Qacarların dövləti olub. Qədim tarixdə, müxtəlif adlarla adlansa da Qaçariyyə ölkəsini - Allahın Özünə qulluq üçün seçdiyi Albaniyanın Aranşahlar, yəni İranşahlar nəsli idarə edib və mən bu haqda çox yazmışam. Onların yəhudilərə münasibətini ümumilikdə müsbət adlandırmaq olar. Keçən əsrdə yeni İsrail dövləti yaradılanda, digər müsəlman ölkələri kimi İran da bunu müsbət qarşılamadı və bu da təbiidir. Lakin şah zamanında İran İsrail münasibətləri yenidən yaxşılaşdı və yalnız Xomeyninin İslam inqilabından sonra İran İsraili düşmən kimi görməyə başladı. Bəs nədən qədim İran şiəliyini fars terrorizminə çevirən mollalar İsraili düşmən kimi qəbul etdilər? Din məsələsi, yazdığımız kimi burada məntiqi görünmür. Çünki, Azərbaycan - İran əhalisinin əksəriyyətinə qardaş olan şiə ölkəsidir. Bizim torpaqlarımızı zəbt etmiş emənilər isə xristianlardır. Əsl İslam ölkəsi heç vaxt bu vəziyyətdə öz şiə və qan qardaşının düşmənlərinə kömək etməzdi və bu dinin bütün qayda-qanunlarına da ziddir. Bu halda məntiq - şiəliyi terror alətinə çevirən fars şovinizmini önə çəkir.

Yazdığımız kimi, min illər Qacariyyə dövlətini, yəni İranı, dünyanın ən qədim şahlar nəsli olan Türk əsilzadələri idarə edib və onların yəhudilərə münasibəti də həmişə yaxşı olub. Farslar isə hakimiyyətə gələndən sonra yəhudilərə qənim kəsildi və bu da bizcə qətiyyən dinlə bağlı deyil. İranın keçmiş prezidenti Həsən Ruhani İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşlə bağlı çıxışında Türkmənçay müqaviləsini görə Qacarları xəyanətkar adlandırdı. Ölkəsinin adı belə öz şah nəslinin adı ilə bağlı olan və 5000 il bu ölkəyə şahlıq edən, özlərini fədai, qızılbaş adlandıran və imam Əlini Allah səviyyəsinə ucaldaraq, onun yolunda şəhidliyə hazır olan ölümsüz assasinlər, mələklər nəsli necə xəyanətkar ola bilər? Təbii ki, batini sirləri bilən insanlar bunu heç vaxt qəbul edə bilməz və əsl səbəbini araşdırar. Biz də riyazi təfəkkür və məntiqi üstün tutaraq, ilk növbədə bunun səbəbini daha dərin qatlarda axtaracağıq.

Rusiya ilə Qacariyyə dövlətinin 1813-cü ildə bağladığı ilk Gülüstan müqaviləsində rus imperatoru və Qacar şahı - "əlahəzrət" adlandırılır ki, bu da onların şah nəslindən olması kimi qəbul edilmişdir. Digər tərəfdən, rus çarları mənbələrdə özlərini - “Ata qanının haqqı ilə” şah, imperator adlandırırlar: “Mən, Ata qanımın haqqı ilə - həm şah və rusların hökmdarıyam: Öz hakimiyyətimin təntənəli adını, heç bir xahiş və qiymət ilə, heç kimdən satın almamışam; Başqa hökmdara da heç bir qanun ilə mən tabe deyiləm... Mən təkcə knyaz, hökmdar və ya çar deyiləm, Mən həm də ölçülməz ərazilərimin Böyük İmperatoruyam. Bu ad mənə Allah tərəfindən verilib və digər şahların adları kimi təkcə boş söz deyil: Nə Assuriya, nə Midiya, nə də ki Roma Sezarlarının həqiqətdə belə adlanmağa haqları yox idi... Məgər bütün Avropa monarxları məni İmperator adlandırmır?”. Bunlar o deməkdir ki, rus çarını Allah özü o vəzifəyə təyin etmişdir və o həm də Avropanın bütün monarxlarının, şahlar nəslinin şahıdır. Rus rəmzi özü batini mənada Asar/Osiris, yəni Azər deməkdir və bizim ədəbiyyatda bu rəmz Aruz kimi məlumdur. Rus çarlarının bu iddiaları ilə eyni mənalı sözlər qədim Misir mətnlərində Haraktiyə, yəni Qorquda (Qor Allahı) aid edilir: “Mən Haraktiyə möhkəm qanunlar verəcəm... Mən – öz doğumumda şaham, heç kimin təyin etmədiyi şahzadəyəm... Mən Fateh olmaq üçün böyüdülmüşəm, Mənim torpağım və mən onun şahıyam". Batini məntiqdə belə çıxır ki, rus çarları bilavasitə Asar, yəni Osiris və onun oğlu Qor Allahının obrazı rolundadır. Qacar rəmzi də qədim müdriklərin elmində Qor yolu ilə gedən deməkdir.

Müqavilədə rus və Qacar şahları "əlahəzrət" adlandırılır ki, bu sözünün kökü həzrət sözüdür və ərəb dilində bu rəmz - "hadara", yəni hazır olmaq anlamındadır. Batini mənada həzrət sözü - "hazırlayan" mənasını verən hadarat (həzarat) rəmzidir ki, məşhur sufi alimi Mühiddin ibn Ərəbi "Füsusül-Hikəm" kitabında bu rəmzin qadınla bağlı işləndiyini yazır. Lakin buradakı yaradılışı hazırlayan qadın obrazı (qədim Misirdə Hator) ilkin materiya, yəni İlah mənasındadır. Hazırlanan obraz isə əvvəldə gələn və axırda gələcək Allaha aiddir ki, bu obrazları ilkin materiya göylədə hazırlayır. Bu rəmzin dərin mənalarını mən "Batini-Quran" kitabında vermişəm. Başqa sözlə, hadarat/həzərat/həzrət rəmzi Allaha aid rəmzidir və hazırlanan bu Allah da göydə ilkin materiyadan yaranan qədim Misirin Atum və ya Azər/Osiris Allahıdır. Yerdəki şahlar nəsli də batin fəlsəfəsinə görə, bu Allahın obrazı və bənzəri kimi yaradıldığı üçün bu rəmz onlara da aid edilir. Daha dərin batini mənada "əlahəzrət" rəmzi, Əzəl yazını (Lövhi-Məhfuz) həyata keçirmək üçün zəmin hazırlayan mənasındadlr. Bu o deməkdir ki, yaradılmalı varlığı (Allahı) göydə hazırlamağa başlayan ilkin materiyanın yerdəki funksiyasını şahlar nəsli yerinə yetirir. Onlar, Ra-Əman (Rəhman) adlanan Allahın Lövhi-Məhfuzda yazdıqlarını həyata keçirmək üçün səbəb yaradırlar, zəmin hazırlayırlar. Məhz bu müqavilədə zəmin - Azəri torpaqlarının gələcəkdə parçalanmasının səbəbidir. Yerdəki Azəri torpaqları, göydəki Azər Allahının işıqda parçalanması ilə eyni vaxtda baş verməli idi ki, ilkin materiya Əzəl yazıya uyğun göydə ikinci Azər və ya Atumu/Adəmi yaratsın. Bunu anlamaq üçün ilkin materiyanın qanunlarını bilmək vacibdir.

Digər tərəfdən, əlahəzrət rəmzi qədim müdriklərin elmində həm də "İlah-Azər-Ata" kimi oxunur ki, bu da hazırlanan Allahın məhz Azər/Osiris olması deməkdir. Qədim Misir yazılarına görə, dünyaya hakim kimi yaradılan Asar/Osiris Allahı axirətə yaxın ölür və oğlu Qor arvadı İsida ilə onu yenidən dirildirlər. Deməli, bu hazırlanan obraz Osiris Allahıdır ki, o da Allahın Əzəl yazısına görə axirətdən sonra diriləcəkdir. Bunlar adi insan məntiqindən yüksək olan elmdir və yalnız Sirrullahı bilənlər bu tam anlaya bilirlər.

Bütün bunlar o deməkdir ki, Gülüstan və Türkmənçay müqavilələri, masonların "Ali Arxitektor" adlandırdıqları Rəhman Allahın planı üzrə baş vermişdir. Bu planı yerinə yetirən rus və Qacar şahları - Allahın özünə qulluq üçün seçdiyi Xəzər (Azər) Türk bəgləri nəslinə mənsub olduğuna görə Əzəl yazıda yazılanları həyata keçirmişlər. Bu isə onu deməyə əsas verir ki, Qacar şahları xəyanətkar deyildiər və yalnız öz müqəddəs borcları olan Allahın əmrlərini yerinə yetirmişlər. Təbii ki, bunları - özlərini fars adlandıran avam mollalar anlaya bilməz. Fars rəmzi - pir mənadındadır və mən "Pars – Azəri piri deməkdir" adlı məqaləmdə bu rəmz haqda məlumatlar vermişəm. Ümumiyyətlə bilmək lazımdır ki, Allah iki növ insan yaratmışdır ki, bunlar da Allahın Özünə qulluq üçün seçdiyi ölümsüz Azər oğulları və adi insanlardır. Azər oğulları özlüyündə Azərbaycan Atabəglər Ailəsi mənasında Qafqazdan çıxma 32 bəg və onların xalqlarından ibarət olmuşlar. Qədim dünyanın bütün şahlar nəsli Azər (Osiris) oğulları olmuşlar. Adi insanın şah olması, yalnız axirət ərəfəsində mümkün olmuşdur ki, bu da onların, dünyanı yenidən xaosa sürükləməsi üçün plana uyğun baş vermişdir.


Bu gün İranda hakimiyyəti ələ almış avam mollalar təsadüfən yəhudiləri özlərin düşmən seçməmişlər. İrandakı qədim mətnlərdə açıq yazılır ki, İranın bütün qədim şahları - xaldeylər, yəni Xelat bəgləri olan yəhudilər olmuşlar və İran (Eran/Aran) şahları da elə Aron nəslidir. Yəhudilərin levit seçilmişləri - ismaili Qacarların əl-beyti/əhli-beytidir. Aronun kahinləri olan koenlər isə elə kəyanilər, yəni kəyan taxtının sahibləridir. İsrail (İzrail) dedikdə də batinilər Asar-Eli, yəni Azər elini nəzərdə tuturlar və mən «Qurandakı İsrail oğulları - Azəri bəgləridir!» adlı və digər məqalələrumdə bunlar haqda geniş yazmışam.

Bütün bunlar o deməkdir ki, fars mollaları, əllərində olan geniş mənbələrdən - indiki yəhudilərin məhz Azər/Xəzər Türk bəglərinin, yəni Qacar şahları nəslinin törəmələri olmasını öyrənmişlər. Onlar anlayırlar ki, bu iki xalqın sıx dostluğu, özünü fars adlandıran adi insanların hakimiyyətinin sonuna, Qacar nəslinin isə yenidən hakimiyyətə gəlməsinə səbəb olacaq. Batini məntiqdə fars molla rejiminin İsraildən qorxmasının əsas səbəbi budur. Təbii ki, bu da onların cahilliyi, Allahı tanımamaqları ilə bağlıdır. Mollalar hesab edirlər ki, Azərbaycanın İsraillə yaxınlaşmasının qarşısını almaq, müharibə və s. ara qarışdırmaqla fars hakimiyyətini saxlaya biləcəklər. Onlar anlamırlar ki, Allahın İşi - Əzəl yazıda yazdığının həyata keçməsinə nəzarət etməkdir. İlkin materiya, yəni İlah - kamil ağıl və İlahi qüdrətdir və o, Lövhi-Məhfuzda yazılanları həyata keçirmək üçün bütün şəraiti özü hazırlayır və həyata keçirir. Əzəl yazıya uyğun parçalanmış Azərin yerdəki eli yaxın zamanlarda birləşməlidir və bununla da Allah bu dünyada Öz hakimiyyətini yenidən bərqərar edəcəkdir. İran da nəhəng imperiyanın cənubdakı kiçik bir ölkəsinə çevirəcək və bunun qarşısını heç kim ala bilməz. İnşaallah bu yeni dünya düzəni - fars molla rejiminin sonu ilə bir vaxta düşər.

Firudin Gilar Bəg 

Yorumlar (1)
Azra Sertkaya 3 yıl önce
Çok güzel sağ olun TDH