Azərbaycan dilinin dünya dilləri içərisində yeri

Azərbaycan dilinin dünya dilləri içərisində yeri


 

Azərbaycan dilinin dünya dilləri içərisində yeri və Azərbaycan dilinin yayılma arealı

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili və Azərbaycanda yaşayan müxtəlif xalqların əsas ünsiyyət vasitəsidir. 

Azərbaycan dili eyni zamanda İran İslam Respublikasında yaşayan 30 milyondan artıq azərbaycanlının ana dilidir. Bu dildən hal-hazırda vaxtilə İraqa köçmüş (ehtimal olunur  ki, bu köç ilk orta əsrlərdə baş verib. Bir başqa ehtimala görə, köç edən türklər qədim şumerlərin qonşusu olan qədim türklərin nəslindəndir) 200 minə yaxın insan da ana dili kimi istfadə edir. Onlar özlərini kərkük və ya türkman adlandırır və əsasən Kərkük, Mosul, Ninəvə, Telafer, Cincar və s. ərazilərdə yaşayırlar. 

Azərbaycan dili Ural-Altay dilləri ailəsinin türk dili qrupunun oğuz yarımqrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə türk dilləri arealının cənub-qərb qolunu təşkil edir.

Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. Flektiv dillərdən (Hind-Avropa, sami-hami və s. dillərdən) fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri müstəqil leksik və qrammatik mənası olan sözlədir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və söz əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir.

Son məlumatlara görə, ümumilikdə dünyada 51 milyondan çox azərbaycanlı yaşayır. Onun 9 milyona yaxını Azərbaycan Respublikasında, yerdə qalanları isə dünyanın müxtəlif ölkələrində məskunlaşmışlar. Dünya ölkələrində yaşayan azərbaycanlıların sayı təxminən aşağıdakı kimi müəyyən olunmuşdur: 

1)  ABŞ-100.000 nəfər

2)  Avstraliya -8000 nəfər

3)  Avstriya -10.000 nəfər

4)  Albaniya -12.000 nəfər

5)  Argentina -12.000 nəfər

6)  Əlcəzair -260.000 nəfər

7)  Əfqanıstan -450.000 nəfər

8)  Banqladeş -175.000 nəfər

9)  Belçika -13.000 nəfər

10)  Birma -8000 nəfər

11)  Bolqarıstan -65.000 nəfər

12)  Braziliya -75.000 nəfər

13)  Butan -1500 nəfər

14)  Böyük Britaniya-170.000 nəfər

15)  Macarıstan -27.000 nəfər

16)  Yunanıstan -13.000 nəfər

17)  Danimarka -6.000 nəfər

18)  Misir -900.000 nəfər

19)  İndoneziya -44.000 nəfər

20)  İordaniya - 450.000 nəfər

21)  İraq -1.000.000 nəfər

22)  İran -30.000.000 nəfər

23)  Hindistan - 300.000 nəfər

24)  İrlandiya -4.000 nəfər

25)  İspaniya - 14.000 nəfər

26)  İtaliya - 33.000 nəfər

27)  Yəmən Ərəb Respublikası - 62.000 nəfər

28)  Kanada - 170.000 nəfər

29)  Çin -30.000 nəfər

30)  Küveyt -19.000 nəfər

31)  Malta -25 nəfər

32)  Meksika -27.000 nəfər

33)  Monqolustan - 5000 nəfər

34)  Norveç -50.000 nəfər

35)  Birləşmiş Ərəb Əmirliyi - 55.000 nəfər

36)  Oman -19.000 nəfər

37)  Pakistan -650.000 nəfər 

38)  Polşa -12.000 nəfər

39)  Portuqaliya -7000 nəfər 

40)  Rumıniya -45.000 nəfər 

41)  Səudiyyə Ərəbistanı-40.000 nəfər 

42)  Suriya -95.000 nəfər

43)  Sudan -17.000 nəfər

44)  Türkiyə -3.000.000 nəfər

45)  Finlandiya -12.000 nəfər

46)  Fransa -70.000 nəfər

47)  Almaniya -300.000 nəfər

48)  Çexiya -2000 nəfər

49)  Slovakiya -2000 nəfər

50)  İsveç -2000 nəfər

51)  Yuqoslaviya -6.000 nəfər

52)  Yaponiya -10.000 nəfər

53)  Ukrayna -500.000 nəfər

54)  Belarus -7000 nəfər

55)  Rusiya Federasiyası – 3.000.000 nəfər

56)  Özbəkistan -60.000 nəfər

57)  Qazaxıstan -100.000 nəfər

58)  Gürcüstan -600.000 nəfər

59)  Litva -2000 nəfər

60)  Moldova -5000 nəfər

61)  Latviya -4000 nəfər

62)  Qırğızıstan -16.000 nəfər

63)  Tacikistan -14.000 nəfər

64)  Türkmənistan -4500 nəfər

65)  Estoniya -300 nəfər

66)  Azərbaycan Respublikası – 8.997.4 nəfər

Yorumlar (0)