GAMOH Önderi Çehreganlı'nın son söyleşisi

GAMOH Önderi Çehreganlı'nın son söyleşisi, “İran rejimi Güney Azərbaycanda etiraz aksiyalarına imkan verməməyə çalışır” - Mahmudəli Çöhrəqanlı

GAMOH Önderi Çehreganlı'nın son söyleşisi

“İran rejimi Güney Azərbaycanda etiraz aksiyalarına imkan verməməyə çalışır” - Mahmudəli Çöhrəqanlı

“İran rejimi Güney Azərbaycanda etiraz aksiyalarına imkan verməməyə çalışır” - Mahmudəli Çöhrəqanlı

Qərbin sərt sanksiyaları nəticəsində ağır iqtisadi böhran keçirən İranda siyasi fəallıq artıb. Paytaxt Tehran da daxil olmaqla ölkənin iri şəhərlərində hökumətin yarıtmaz siyasətinə etiraz aksiyaları başlanıb.

Maraqlıdır ki, bu aksiyalarda Güney Azərbaycan şəhərləri xüsusi fəallığı ilə seçilmir. İnqilablar şəhəri Təbriz hələ gözləmə mövqeyindədir. Bu nə ilə bağlıdır?

İqtisadi tələblərlə bağlı aksiyalar entik zəmində münaqişəyə çevrilə bilərmi? Cebhe.info-nun bu və digər suallarını ABŞ-da yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) sədri Mahmudəli Çöhrəqanlı cavablandırıb.

“Millətləşmə prosesi sürətlənib”

GAMOH sədri bildirib ki, 23 ildir Güney Azərbaycanda başlanmış Milli Azadlıq Hərəkatı getdikcə güclənir: “Bu hərəkat 35 milyonluq Azərbaycan türkünü şovinist fars rejimlərinin (Pəhləvilər və Molla rejimi) daldırdığı ölüm yuxusundan oyatmaqda, müstəmləkə siyasətinə qarşı qaldırmaqdadır. Milli Hərəkatın təsiri nəticəsində millətimizin siyasi şüuru tədricən oyanır. Milli kimlik uğrunda mübarizə davam edir.   Bu oyanışın bir nəticəsi bu olub ki, millətimiz özünü İranda yaşayan fars və başqa etniklərdən ayrıca, müstəqil hiss edir. Bayramlarda və ya hər hansı bir  mərasimlərdə özünü onlarla birlikdə nümayiş etdirmək istəmir. Zənnimcə, bu hadisənin bəzi zərərləri olmuş olsa da, millətləşmə prosesində irəliyə doğru çox önəmli bir addımdır”.

Mahmudəli Çöhrəqanlı onu da qeyd edib ki, keçmişdə və xüsusilə XX yüzillikdə İran adlanan yerdə bir neçə dəfə  inqilablar və çevrilişlər olub. Bu iqilabların çoxunda Azərbaycan türkləri həmişə həm başlayıcı, həm də aparıcı qüvvə olublar: “Bu çevrilişlərdə və inqilablarda millətimiz ağır itkilər verməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə edə bilməmişdilər. Bu acı və qara nəticələr millətimizə böyük bir dərs oldu. Onlar bu sınaqdan yüz dəfə ölçüb bir dəfə biçməyi öyrəndilər. Başqa sözlə, millətimiz bundan sonra İranda baş verəcək olaylarda, çevriliş və ya inqilablarda daha da diqqətli olmağı öyrəndilər”.

M. Çöhrəqanlı hesab edir ki, İranda baş verən çevriliş və inqilablarda Güney Azərbaycanın daim təsirli və təyinedici rolu olub:

“Bu səbəbdən Güney Azərbaycan fars molla rejimində çox təhlükəli və kritik bir coğrafiya sayılır. Rejim bütün şəhər, qəsəbə və kəndləri ölkənin təhlükəsizlik orqanları (ETTELAAT) və polislər vasitəsilə çox ağır və güclü təhlükəsizlik çənbərinə alınmışdı. Son nəticədə rejim, Güney Azərbaycanda hər cür etiraz aksiyalarının başlamasına  imkan verməməyə çalışır”.

GAMOH sədri onu da vurğulayıb ki, rəhbəri olduğu hərəkat, bütün dünya gücləri tərəfindən yalnız buraxılıb:

“GAMOH hər cür maddi və siyasi köməklik baxımından məhrum edilib. Son nəticədə milli hərəkatımızın mitinq və aksiyalarına, əməldə etiraz gücünə məhdudiyyətlər qoyulmuşdu. Hərəkatın yarandığı ilk 10 ildə adı da, özü də başqa idi. 1996- 2006-cı illərdə Bakı mediasında yazıldığı kimi hərəkat bir və bütün olaraq “Çöhrəqanlı hərəkatı” adlanırdı. İlk 10 ildə Güney hərəkatı ilə bağlı minlərlə qəzetlər, fakt və sənədlər tirajlanaraq çap olunmuşdu. O tarixdən üzü bəri doğma millətimizə bağlı olan, amma çoxu Azərbaycan və türk düşmənləri vasitəsilə yaranmış və qurulmuş qondarma qurumlar, quruluşlar və təşkilatlar yağışdan sonra çıxan göbələk kimi ard-arda ortaya çıxdı. Bu hadisənin də iki səbəbi var idi. Birincisi, Güneydə, başkənd Təbrizdə milli qiyamın baş qaldırması, ikincisi isə,  Türkiyəyə,  Bakıya gələ bilməməyim. Onlar mənim türk milləti ilə əlaqələrimin tamamən kəsilməsini istəyirdilər. Atalarımız demişkən, aslanlar yaşlananda və ya zəncirlərə vurulanda çaqqallar meydan sulayar. Bu durum az da olsa, hərəkatımızın bir və bütövlüyünün pozulmasına təsirsiz ötüşmədi”.

“Hərəkat bütün Güney ərazisinə yayılıb”

Mahmudəli Çöhrəqanlı yaşanan hadisələrə baxmayaraq 23 ildir hərəkatın durmadan sistemli olaraq Güney Azərbaycanın bütün bölgələrində yayılmaqda olduğunu da diqqətə çatdırıb:

“Hərəkat hər keçən gün intizamlı şəkildə təşkilatlanır. Bu o deməkdir ki, hərəkat və millət yiyəsiz və sahibsiz deyil. Hərəkatımızın vəfalı və sadiq öncülləri, bayraqdarları, İran adlanan ölkədə və eləcə də dünyada səviyyəsində baş vermiş hər bir hadisəni yaxından izləyir. Təşkilat mövcud münaqişələri analiz edərək uyğun və münasib mövqe tutaraq lazımi addımları atır. Millətimizin şərəfli, qeyrətli və cəsur övladları yorğan-döşəkdə deyil, meydanlardadır və zamanı gəldiyində düşmənin bağrını dələrək, faşist fars, molla rejimindən qəsb edilmiş və oğurlanmış bütün insani və milli haqlarını alacaqlar”.

Yeganə Oqtayqızı
Cebhe.info

Güncelleme Tarihi: 09 Ağustos 2018, 13:16
YORUM EKLE